BUZLAQ MORFOSKULPTURASI, BUZLAQ RELYEFİ

ərimiş buzlaq suları ilə birgə örtük və dağ buzlaqlarının fəaliyyəti ilə yaranan yer səthi relyef formaları, qlyasial formalar. ледниковая морфоскульптура glacial forms of relief
BUZLAQ MASASI
BUZLAQ NƏZƏRİYYƏSİ
OBASTAN VİKİ
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Alp relyefi
Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Azərbaycanın relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Ukrayna relyefi
Ukrayna relyefi yetərincə müxtəlifdir. Ukrayna ərazisinin 70%-ni düzənliklər, 25%-ni yüksəkliklər və 5%-ni isə dağlar təşkil edir.
Vulkan relyefi
Vulkan relyefi (rus. рельеф вулканический, ing. volcanic relief) — maqmanın püskürməsi və həmçinin litosferin üst qatına soxulması nəticəsində yaranmış relyef.
İvriz relyefi
İvriz relyefi ― Mərkəzi Anadoluda, müasir Türkiyənin Konya ilinin əvvəllər İvriz adlanan Aydınkent qəsəbəsində yerləşən hett qaya relyefidir. Relyef müasir dövrdə relyefə zərər vermiş İvriz Suyunun mənbəyi yaxınlığındakı qayanın üstündədir. İvriz relyefində eramızdan əvvəl 8-ci əsrin sonlarında hakimiyyətdə olmuş Tuvana kralı Varpalavas və fırtına tanrsı Tarhunzasın təsviri Luvi yazısı ilə müşahidə olunur. İvriz relyefi Hett dövrünə aid qaya relyefləri arasında ən yaxşısıdır və 4,2 m x 2.4 m ölçülərindədir. Relyefin tarixi eramızdan əvvəl 8-ci əsrin ikinci yarısından, Neo-Hett-Arami bəyliklərinin dövründən başlayır. Qaya relyefinin sağ tərəfində salamlama və ya ibadət jesti olaraq əllərini qaldıraraq daş platformada dayanmış Tuvana kralı Varpalavas var. Onun qarşısında daha böyük təsvir olunmuş tanrı Tarhunzas dayanır. Onun əlindəki yetişmiş buğda və üzüm salxımları məhsuldarlıq gətirdiyini göstərir. Budundakı oraq məhsuldan dərhal əvvəlki dövrü simvollaşdırır. Relyefin İvriz suyunun dərhan üstündəki sıldırımda yerləşməsi relyefdə təsvir olunan məhsuldarlığın mənbəyinin nadir yağışlar deyil, demək olar ki, bütün il bu axan su olduğunu göstərir.